Dollara tələb yenidən 100 milyonu ötüb

22, 02, 24
15:30

Dollara tələb yenidən 100 milyonu ötüb

Bu gün Mərkəzi Bankda keçirilən növbəti valyuta hərracında tələb yenidən 100 mln. dollardan yüksək olub.

“Azərbaycan Reallığı”nın məlumatına görə, hərracda tələb 108,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Bu, fevralın 20-də keçirilən bir öncəki hərracdakı tələbdən (102,6 mln ABŞ dollar) 5,4% çoxdur.

Ötən həftə keçirilən hərraclarda tələb müvafiq olaraq 151,1 mln. və 103,9 mln. ABŞ dolları təşkil edib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bizimlə əlaqə saxlayın