“A-Qroup Sığorta Şirkəti” kiçilib

23, 02, 24
12:30

“A-Qroup Sığorta Şirkəti” kiçilib

“A-Qroup Sığorta Şirkəti” ASC 2023-cü ilin yekunları ilə bağlı hesabatını dərc edib.

"Azərbaycan Reallığı”nın məlumatına görə, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 27 mln 127 min manat təşkil edib. Bu da ötən ilin əvvəli ilə müqayisədə 7,1% azdır. 

Şirkətin cəmi öhdəlikləri isə 15,3% azalaraq 15 mln 21 min manat olub.

Nizamnamə kapitalı 10 mln 5 min manat olan şirkətin kapital ehtiyatları 1 mln 401 min manat, bölüşdürülməmiş mənfəəti 699 min manat olub. Nəticədə, cəmi kapitalı 5,6% artaraq 12 mln 105 min manat təşkil edib.

2023-cü ilin yekununda şirkətin cəmi gəlirləri 25 mln 282 min amant, cəmi xərcləri 24 mln 408 min manat təşkil edib. 874 min manat mənfəət əldə edə şirkət 175 min manat vergi ödəyib və ötən ili 699 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “A-Qroup Sığorta Şirkəti”nin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Bizimlə əlaqə saxlayın