Rusiyanın qadağası benzin çatışmazlığı yaradacaq? - AÇIQLAMA
Rusiyanın qadağası benzin çatışmazlığı yaradacaq? - AÇIQLAMA
Rusiyanın benzin ixracına qoyduğu 6 aylıq qadağanın Azərbaycanda benzin təhcizatına təsir edib-etməyəcəyi maraq doğuran məsələlərdən biridir.
"Azərbaycan Reallığı" xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, təsirləri müəyyən etmək üçün son illərin idxal dinamikasına baxmaq lazımdır:
"Azərbaycan Rusiyadan 2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min ton, 2023-cü ildə isə 40,2 min ton “Ai-95” markalı benzin idxal edib. Deməli, yuvarlaq götürsək, 2022-ci ildə 40%-dək, 2023-cü ildə isə 60%-dək Rusiyadan idxal azalıb.
2023-cü ildə “Ai-92” markalı benzinin idxalı isə cəmi 17 min ton olub ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27%-nə bərabərdir".
Ekspertin fikrincə, benzin idxalında da Rusiyadan asılılığın azalma dinamikası davam etdiyi üçün 2024-cü ildə daha az asılılıq olacaq: "Bu isə onu deməyə əsas verir ki, Rusiyanın qadağası benzin çatışmazlığına səbəb olmayacaq. Ən azı ona görə ki, bizdən və Rusiyadan fərqli olaraq “Ai-95” markalı benzin istehsal edib satmağa yer axtaran ölkələr çoxdur.
"Rusiya ixraca qoyduğu qadağaya gəlincə, Rəsmi Moskva bunu kənar amillərlə əlaqələndirməyə çalışsa da, əsas səbəb sanksiyaların istehal və emal proseslərinə təsiridir", - deyə E. Əmirov əlavə edib.