Bu şəxslərin maaşlarına ƏLAVƏLƏR EDİLDİ
Bu şəxslərin maaşlarına ƏLAVƏLƏR EDİLDİ
"Müəllimlərin sertifikasiyası prosesinin başa çatmaması insanların bərabər hüquqa malik olma prinsipini pozur".
"Azərbaycan Reallığı" xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, bu gün müəllimlərin sertifikasiyası onların əmək haqlarının artırılmasında əsas meyarlardan biridir.
Habelə bu proses ölkənin hər yerində aparılmadığı üçün onun tezləşdirilməsi çox vacibdir:
"Prosesin başa çatmaması insanların bərabər hüquqa malik olma prinsipini pozur. Belə ki, Cəlilabad rayonunda müəllimlərin sertifikasiyası keçirilmədiyindən bu meyar üzrə edilən əməkhaqqı toplayıb artımları onlara şamil edilmir".
Həmçinin bildirilib ki, 2023-cü ildə 31 min 300 təhsilverən sertifikatlaşdırmada iştirak edib və onlardan 23 min 200 nəfər test və müsahibə mərhələsindən uğur qazanaraq sertifikatlaşdırmadan keçib. Sertifikatlaşdırmadan keçmiş 5 min 300 təhsilverənin vəzifə maaşına 35% və 17 min 900 təhsilverənin vəzifə maaşına 10% əlavələr müəyyən edilib.