AİB 10 milyon avroluq kredit ayırdı - Hansı sahibkarlar yararlana bilər?

13, 03, 24
12:00

AİB 10 milyon avroluq kredit ayırdı - Hansı sahibkarlar yararlana bilər?

"Azərbaycan Reallığı" xəbər verir ki, Avropa İnvestisiya Bankı (EİB) Azərbaycana 10 milyon avro həcmində kredit xətti ayırıb. Kredit xətti Qafqaz ölkələrində kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq təşəbbüsü (MSME) çərçivəsində ayrılıb. Qeyd edilib ki, layihə kiçik maliyyə vasitəçilərinə hazırda maliyyəyə çıxışda çətinlik çəkən mikro, kiçik və orta müəssisələrə bu resursu təmin edəcək. 

Azərbaycanda hansı sahibkarlıq sahələrinin inkişaf üçün ayrılan bu kreditə ehtiyacı var?


İqtisadçı Fuad İbrahimov qeyd edib ki, istiqamətindən asılı olmayaraq maliyyələrin ayrılmaları daha çox regionlara yönəlməlidir:

"Məsələn, bir fermer öz əkib-becərdiyi məhsulu emal vəziyyətinə gətirə bilməlidir. Belə olarsa, regionlarda dayanaqlıq yaranar. Ümumiyyətlə, mikro sahibkarlıq anlamı genişdir. İstənilən fəaliyyətin kiçik həcmi mikro sahibkarlıq adlanır.

Biznes isə zəncirvari bir-birini qidalandırır. Ona görə regionlara daha çox diqqət yetirilməlidir. Belə layihələrin regionlarda olması bizim siyasi, strateji və iqtisadi maraqlarımıza cavab verir”. 

Ayrılan kreditlərin bölünməsi, bu sahədə baş verə biləcək neqativ hallar haqqında da danışan iqtisadçı bildirib ki, Azərbaycanda İqtisadiyyat Nazirliyinin nəzdində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yarandıqdan sonra bu işlər müsbət dinamika ilə inkişaf etdi:

"Kifayət qədər mikro və orta sahibkarların müraciətləri əsasında maraqlarına xidmət edən istiqamətdə bu işlər həyata keçirilir. Bu gün orta və kiçik sahibkarlıq nümayəndəsi qaydalara uyğun Agentliyə müraciət etmək iqtidarındadırsa, əlbəttə bu kreditlər onlar üçün əlçatan olacaq. Bununla yanaşı, Agentlik yanında kifayət qədər regionlara səfər edən güclü komanda da fəaliyyət göstərir. Bu komanda da regionlarda maarifləndirmə işləri aparır. 

Digər bir məsələ isə beynəlxq valyuta ayıran təşkilatın özünün də bazar araşdırması aparmasıdır. Onlar da ayırdığı vəsaiti kortəbii şəkildə vermir. Ayırdıqların vəsaitin doğru ünvana çatması ilə bağlı araşdırma aparırlar. Bu baxımdan belə kreditlər ayrılan zaman hansısa ciddi problem, neqativ yarana bilməz”.

Bizimlə əlaqə saxlayın