Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB

12, 04, 24
09:30

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir.
Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var.

“İtkilər balın qiymətinə təsir edəcək. Arıçılar dərman preparatlarına pul çatdıra bilmədikləri üçün qiymətlərdə artım olacaq. Keçən il balın qiyməti 20-25 manat idisə, bu il 30-35-40 manat arasında olacaq”, - Astara Arıçılıq Assosiasiyasının sədri Sərxan Nəzərov deyib.

Bizimlə əlaqə saxlayın