Elektrik enerjisindən istifadə qaydaları dəyişdi - YENİ QƏRAR

22, 04, 24
15:00

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi - YENİ QƏRAR

Enerji Məsələlərini Tənzimləmə Agentliyi sifarişçilərin təqdim etdiyi ərizə və sənədlər əsasında 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış keçirəcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişiklik edilib.

Bizimlə əlaqə saxlayın