Azərbaycan kürüsü 2000 dollara satılır

30, 04, 24
10:30

Azərbaycan kürüsü 2000 dollara satılır

Balıq kürüsü bir zamanlar süfrələrin adi menyusu idi. İndi isə bahalı delikates sayılır.

Belə ki, nərə balığının kürüsü insan sağlamlığı üçün əvəzsiz qidadır. Faydası çox olduğundan qiyməti də yüksəkdir.

"Azərbaycan Reallığı" xəbər verir ki, hazırda bir kiloqramı 1800-2000 dollara təklif edilir.

Azərbaycan isə dünyanın ən bahalı kürüsündən gəlir əldə edən ölkələrdəndir. Bunun üçün nərə balıqları xüsusi təsərrüfatlarda yetişdirilir.

Bizimlə əlaqə saxlayın