Azərbaycanda inflyasiya 1%-dən aşağı oldu

13, 05, 24
15:00

Azərbaycanda inflyasiya 1%-dən aşağı oldu

Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3%, qeyri-qida məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4% təşkil edib.

“Azərbaycan Reallığı” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2%, qeyri-qida məhsulları üzrə 100,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102% olub.

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9% təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6% təşkil edib.

Bizimlə əlaqə saxlayın