Bakıda “iPhone 15” əldə etmək istəyənlər gecə ilə növbəyə dayandılar

29, 09, 23
20:00

Bakıda “iPhone 15” əldə etmək istəyənlər gecə ilə növbəyə dayandılar


Bu gündən etibarən çox gözlənilən “iPhone 15” seriyasının ölkəmizdə rəsmi satışlarına başlanılıb. “Apple”ın Azərbaycandakı rəsmi satış mərkəzlərində olan “iPhone” modellərinə ilk sahib olmaq istəyənlər üçün gecə 00:01-də satışlara start verib. 

“iPhone 15” seriyasının ölkəmizdə ilk sahiblərindən olmaq istəyən 100-lərlə insan mağazalarda uzun növbəyə durublar. Gecə saatlarının olmasına baxmayaraq, yeni “iPhone”a olan maraq rekord həddə çatıb.

Bir gecəyə 3 dəfədən çox satış həyata keçirilib. Öncədən sifariş üçün gündəlik nəzərdə tutulmuş bütün növ “iPhone 15 Pro” və “Pro max” modelləri isə saatlar içində satılıb.  

Lakin stoklar durmadan yenilənir və “iPhone 15” seriyasının bütün rəng və yaddaş növlərini əldə etmək mümkündür. Oktyabrın 1-dək bütün “iPhone 15” modellərini nağd alışda cəmi 2360 manatdan başlayan qiymətlərlə əldə edə bilərsiniz. BirBank taksit kartı vasitəsi ilə isə nağd qiyməti 30 aylıq faizsiz hissələrə bölmək mümkündür.







AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın