Əbülfəz Elçibəyin şəkillərini paylayan fəallar saxlanılıb - FOTOLAR

19, 06, 18
18:22

Əbülfəz Elçibəyin şəkillərini paylayan fəallar saxlanılıb - FOTOLAR

Azerbaycanrealligi.com xəbər verir ki, eks-prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibətilə bağlı olaraq xüsusi buraxılışı olan üzərində Əbülfəz bəyin şəkilləri yerləşdirilmiş təqvimləri vətəndaşlara paylamaq istəyən üç gənc saxlanılıb. Onlar jurnalist Gülnaz Qənbərli, Azerbaycanrealligi.com saytının baş redaktoru Dəyanət Babayev və gənc aktivist Fatimə Mövlanlıdır. Onlar Nərimanov metrosu ətrafında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nərimanov polis idarəsinə aparılıblar. Gənclər təxminən 3 saat da artıq saxlanıldıqdan sonra onlara Nərimanov polis idarəsinin rəisi Nəriman İmanov tərəfindən xəbərdarlıq edilərək sərbəst buraxılıblar. Gənclərin üzərindən 500 ədəd Əbülfəz Elçibəyin şəkli olan təqvimlər götürülərək sonradan onlara qaytarılmayıb. Saxlanılan zaman hər hansı zorakılıq baş verməyib. Gənc fəallar polis idarəsindən sərbəst buraxıldıqdan sonra tanınmış siyasətçilər, hüquq-müdafiəçiləri və bloggerlər onların qanunsuz saxlanılmasını sosial şəbəkədə pisləyən statuslar paylaşıblar və qeyd ediblər ki, Azərbaycan hökuməti və hüquq-muhafizə orqanları bu günə kimi təəssüf ki, Elçibəyə olan kin-küdrətini gizlətmədən açıq-aşkar göstərir, ona layiq olan qiymət və dəyər verilmir.



Bizimlə əlaqə saxlayın