Fazil Məmmədov İstanbulun “Amerikan Hastanesi”ndədir

28, 06, 18
18:22

Fazil Məmmədov İstanbulun “Amerikan Hastanesi”ndədir


Fazil Məmmədov İstanbulun “Amerikan Hastanesi”ndədir

Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasının "American Hastanesi”nə yerləşdirilib.
F.Məmmədovun qohumlarının APA-ya verdiyi məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.
Hazırda sabiq nazir "American Hastanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.
*   *   *15:40
Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu.
Bu sözləri modern.az-a uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi Süleyman Dinçer söyləyib. O, Fazil Məmmədovun hazırda Amerikada olduğunu və orada müalicə aldığını bildirib.
Qeyd edək ki, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış. Bu gün isə sabiq nazirin səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.
*    *   *12:40
Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti pisləşdiyi üçün o, təcili Türkiyəyə aparılıb.
F.Məmmədovun yaxınlarından unikal.org-a verilən məlumata görə, sabiq nazirin qaraciyərində problem yarandığı üçün Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib.

Bizimlə əlaqə saxlayın