yuxarı
Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb - Yenilənib
19, 12, 24
09:00
Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb - Yenilənib
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.
"Azərbaycan Reallığı"nın məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir.
Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub.
Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək