Hərbçimiz minaya düşdü

05, 10, 23
19:30

Hərbçimiz minaya düşdü


Bu gün saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub.
 
DİN-in mətbuat xidmətindən "Azərbaycan Reallığı"na bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
 
Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın