İcra Hakimiyyətindəki yanğının səbəbi bəlli oldu

27, 11, 23
12:00

İcra Hakimiyyətindəki yanğının səbəbi bəlli oldu

Ötən gün axşam saatlarında Gədəbəy Rayonu İcra Hakimiyyətinin (RİH) binasının birinci mərtəbəsində baş vermiş yanğının səbəbləri bəlli olub.

Bu barədə "Azərbaycan Reallığı"na açıqlamasında RİH başçısının birinci müavini Natiq Nağıyev məlumat verib.

Onun sözlərinə görə, yanğına səbəb qısa qapanma olub.Birinci müavin inzibati binaya ciddi fəsadın dəymədiyini qeyd edib:

“Binanın birinci mərtəbəsində qısa qapanma nəticəsində baş verən yanğın nəticəsində tavana ziyan dəyib. Yanğın elə bir ciddi fəsad törətməyib. Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Müdaxilələrdən sonra yanğın söndürülüb”.

Bizimlə əlaqə saxlayın