Gəncədə təhlükə saçan qəzalı işıq dirəyi

28, 11, 23
11:30

Gəncədə təhlükə saçan qəzalı işıq dirəyi

Gəncədə işıq dirəyi qəzalı vəziyyətdədir. 

Bu barədə "Azərbaycan Reallığı"na Gəncə şəhər, Atatürk prospekti 293 ünvanında yaşayan sakin məlumat verib.
Vətəndaş iddia edib ki, işıq dirəyi evinin yaxınlığındadır və o, dirəyin aşma təhlükəsindən, hansısa xoşagəlməz had ehtiyat edir:


“Artıq 20 günə yaxındır ki, dirək bu vəziyyətdədir. Evimin üzərinə düşməsindən ehtiyat edirəm. Aidiyyəti üzrə müraciət etmişəm, qeydə alınıb. Bir nəfər gəldi baxdı. O da dirəyin kabellər çıxan hissəsini fırlatdı və bildirdi ki, hazırda dirəyi bərpa etmək üçün materialları yoxdur. Küləkli havada çox narahat oluruq ki, dirək aşacaq”.


Məsələ ilə bağlı Gəncə şəhər MKTİB-nin Şəhər işıqlandırılması şöbəsindən verilən məlumata görə, artıq sözügedən əraziyə baxış keçirilib:


“Qeyd edilən işıq dirəyinin aşma təhlükəsi yoxdur. İşıq dirəyinin qırılmış hissəsinin təmiri ilə bağlı material sifariş verilib. Lazımi material əldə edildikdən sonra işıq dirəyinin təmiri həyata keçiriləcəkdir”.

Bizimlə əlaqə saxlayın