Diplomsuz region rəhbərləri - maraqlı detallar

30, 11, 23
11:30

Diplomsuz region rəhbərləri - maraqlı detallar

Akademik savadlı, müdrik rəhbərlər hər bir xalqın sərvəti hesab olunur. Təbii ki, bütün bu keyfiyyətləri bir insanda cəmləşdirmək mümkün deyil. Amma istər keçmiş dövrdə, istərsə də müasir dünyanın qabaqcıl ölkələrinin müxtəlif uğurlu liderlərinin tərcümeyi-halı və təcrübəsini öyrənəndə oxşar xüsusiyyətlərə rast gəlirik və qabaqcıl cəmiyyətlər xüsusilə yaxşı təhsilli, tərbiyəli insanları rəhbər vəzifələrə təyin edirlər. Ölkənin idarə olunmasında siyasi bacarıq, bilik çox müstəsna rola malikdir. Lakin bu heç də hər zaman belə olmur. Bir çox hallarda ölkələrə heç tam orta təhsili olmayan insanlar da rəhbər seçilir. Bunun üçün heç uzağa getmədən bölgə ölkələrinin rəhbərlərinin təhsili ilə bağlı bioqrafiyasına diqqət yetirmək lazımdır. Onların tərcümeyi-halına nəzər saldıqda görəcəyik ki, bəzilərinin heç tam orta təhsilinin olmadığının və yaxud ali təhsili başa vurmadan universitetdən qovulduğunun da şahidi olacağıq. 

"Azərbaycan Reallığı" qeyd edir ki. Azərbaycan lideri üstün savad baxımından bu sırada birinci yerdə qərarlaşır.
Azərbaycan Prezidenti İlham Əliyev: 1961-ci ildə Bakıda anadan olub. Bakı şəhəri 6 saylı orta məktəbdə oxuyub (1967-1977). 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Bitirdikdən sonra isə aspirantura təhsili alıb. 1985-ci ildə tarix elmləri namizədi, sonra isə siyasi elmlər doktoru dərəcəsi alıb.

RF prezidenti Vladimir Putin: 1952-ci ildə Sankt-Peterburqda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-cildən dövlət təhlükəsizlik xidməti orqanlarında fəaliyyətə başlayıb. Bir müddət Almaniyada işləyib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: 26 fevral 1954-cü ildə İstanbulda anadan olub. Ərdoğan 1965-ci ildə Piyalə Paşa ibtidai məktəbini, 1973-cü ildə İmam Xətib liseyini bitirib. Daha sonra Mərmərə Universitetitnin İqtisadi və ticari elmlər fakültəsini bitirib.


İran prezidenti Seyid İbrahim Rəisi: 14 dekabr 1960-cı ildə anadan olub. İbtidai təhsilini Məşhəddəki mədrəsələrdən birində alıb.  1975-ci ildə Qum şəhərindəki mədrəsədə təhsil almağa başlayıb. Bundan sonra o, Tehrandakı Məhəli Nəvab məktəbində, eləcə də Ayətullah Seyid Məhəmməd Musəvi-Nejad məktəbində təhsil alıb. Motahari Universitetində özəl hüquq üzrə doktorluq dərəcəsi alıb.

Bəzi İran KİV-i iddia edir ki, Rəisinin orta təhsil aldığını təsdiq edəcək heç bir etibarlı mənbə və sübut yoxdur. Onun ancaq ibtidai təhsilinin olduğu bildirilir. Rəisi isə deyilənləri təkzib edərək Motahari Universitetində özəl hüquq üzrə doktorluq dərəcəsi aldığını deyib. 
Gürcüstanın baş naziri İrakli Qaribaşvili: 1982-ci ildə anadan olub.

1998-2002-ci illərdə Tbilisi Dövlət Universitetini, 2004-cü ildə Parisdə Sorbonna Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə 1975-ci ildə İcevan şəhərində anadan olub. 1991-95 İrəvan Dövlət Universitetində oxuyub. Sonuncu kursda siyasi səbəblərə görə Universitetdən xaric edildiyi bildirilir.

Bizimlə əlaqə saxlayın