Şuşaya giriş məhdudlaşdırılır

20, 12, 23
13:30

Şuşaya giriş məhdudlaşdırılır

"Azərbaycan Reallığı" xəbər verir ki, Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq. Axar.az xəbər verir ki, bayram günlərində (31dekabr - 2 yanvar) fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.
 
Bildirilib ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.
 
“Şuşa şəhərindəki hotellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən hotellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, - məlumatda qeyd edilib.
 
Xatırladaq ki, bayram günlərində Şuşada Yeni il şənliyi, atəşfəşanlıq, müxtəlif musiqi və şou proqramlar təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın