Tərtərdə evdən naməlum heyvan skeleti tapılıb - FOTO

12, 01, 24
13:00

Tərtərdə evdən naməlum heyvan skeleti tapılıb - FOTO

Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, rayonun Hüsənli kənd sakini Qasımov Rafiq Əli oğlu evində təmir işləri apararkən köhnəlmiş döşəmənin altından skelet aşkar edib.
Kənd sakini "Report"un yerli bürosuna bildirib ki, skeletdə əsas diqqətçəkən məqam onun ön ayaqlarının olmamasıdır. Bu da tapılan skeletin hansı heyvana məxsus olmasını müəyyən etməkdə çətinlik yaradır.
Skeletdə ön kəsici dişlərin olması heyvanın yırtıcı olduğunu deməyə əsas verir.

Bizimlə əlaqə saxlayın