Gəncədə uşaq 7 metr dərinliyi olan su anbarına düşüb - VİDEO

31, 01, 24
11:00

Gəncədə uşaq 7 metr dərinliyi olan su anbarına düşüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində 1 nəfərin su anbarına düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələrilə uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar.

Bizimlə əlaqə saxlayın