Gəncədə kanalizasiya quyularından daşan sular yolu yararsız hala saldı - VİDEO

09, 02, 24
17:30

Gəncədə kanalizasiya quyularından daşan sular yolu yararsız hala saldı - VİDEO

Gəncənin beşinci mikrorayon yaşayış massivində yüzlərlə sakini olan küçədə yollar aylardır ki, qurumur.

"Azərbaycan Reallığı"nın məlumatına görə, kanalizasiya quyularından daşan sular yolu yararsız vəziyyətə salıb.

Daşan çirkab sularının yaratdığı problem təkcə yola ziyan vurmaqla yekunlaşmır.

Mövcud problem ərazi üzrə fəaliyyət göstərən ictimai nəqliyyatın sürücülərini də narahat edir. 

Qeyd edək ki, hazırda Gəncədə su-kanalizasiya xətlərinin yenilənməsi layihəsi davam etdirilir. İşlər başa çatdırıldıqdan sonra sözügedən ərazidə də yolların təmiri nəzərdə tutulub.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın