Azərbaycanda məktəbdə yanğın - şagird və işçilər təxliyə ediliblər

15, 02, 24
11:30

Azərbaycanda məktəbdə yanğın - şagird və işçilər təxliyə ediliblər

Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib.

"Azərbaycan Reallığı" report-a istinadən xəbər verir ki, bu gün saat 10:45-də məktəb binasının ikinci mərtəbəsində elektrik paylayıcısında qısaqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət təxliyə ediliblər.

Yanğın söndürülüb, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.

Bizimlə əlaqə saxlayın