yuxarı
Zaqatalaya dolu yağıb
12, 03, 24
10:00
Zaqatalaya dolu yağıb
Zaqatalaya dolu yağıb.
"Azərbaycan Reallığı"nın məlumatına gərə, son günlər ölkəmizin hər yerində olduğu kimi, şimal-qərb bölgəsində də qeyri-sabit hava şəraiti hökm sürür.
Bölgənin yüksək dağlıq ərazilərinə qar, düzənlik ərazilərinə isə fasilələrlə qısamüddətli yağışlar yağır. Bu gün səhər saat 5 radələrindən sonra Zaqatala rayon mərkəzinin və ətraf ərazilərində küləkli və yağışlı hava şəraiti olub. Zaqatala şəhəri ərazisinə isə 10-15 dəqiqə ərazində dolu düşüb.
Dolu xırda olduğundan heç bir fəsad törətməyib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək