Şagirdə qarşı uyğunsuz hərəkətlər edən müəllim işdən çıxarıldı

14, 03, 24
16:30

Şagirdə qarşı uyğunsuz hərəkətlər edən müəllim işdən çıxarıldı

Quba-Xaçmaz Regional Təhsil İdarəsi 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkət edən müəllimlə bağlı açıqlama yayıb.

“Azərbaycan Reallığı” xəbər verir ki, məlumatda həmin müəllimlə birgə məktəbin direktor səlahiyyətlərini icra edən direktor müavininin işdən çıxarıldığı bildirilir.

“Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılmış informasiya barədə araşdırma aparılıb. Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial pedaqoq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib.
Sözügedən müəllim isə araşdırma başlanılan zaman öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin, məktəbin direktoru səlahiyyətlərini icra edən direktor müavini də işdən azad edilməsi üçün ərizəsini təqdim edib”, - açıqlamada qeyd olunub.
İdarədən, həmçinin bildirilib ki, hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Bizimlə əlaqə saxlayın