Xocavənddə fəhlələri daşıyan avtomobil aşıb: Səkkiz nəfər yaralanıb - YENİLƏNİB

03, 04, 24
11:00

Xocavənddə fəhlələri daşıyan avtomobil aşıb: Səkkiz nəfər yaralanıb - YENİLƏNİB

Xocavənd rayonunun Cəmiyyət kəndində “Mercedes” markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanlardan bəzilərinin kimliyi məlum olub.

"Azərbaycan Reallığı"nın Qarabağ Bürosunun məlumatına görə, qəza zamanı Süleymanova Vəfalə Qərib qızı (sağ çiyinin küt travması xəsarəti - red), Kərbəlayev Vüsal İsmayıl oğlu (sol çiyinin əziyi), Kərbəlayev Əflatun İsmayıl oğlu (döş qəfəsin küt travması), Fətullayev Sərvər Əhməd oğlu (sağ çiyinin küt travması) xəsarət alıblar.

Qeyd edək ki, Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb əyləc sistemində yaranan nasazlıq olub. Hadisə zamanı mikroavtobusda 17 nəfər olub. Onlardan 8-i xəsarət alıb.

Qəza zamanı xəsarət alanların hamısı işğaldan azad edilən ərazilərdə çalışan işçilər olub. Yaralılardan bəziləri Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın