Batabat yolunda qaya uçqunu - FOTO

11, 04, 24
13:00

Batabat yolunda qaya uçqunu - FOTO

Güclü yağan yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrliyində qaya uçqunu baş verib.
 
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətinədən "Azərbaycan Reallığı"na verilən məlumata görə, nəticədə iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.
 
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
 
Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yolda təhlükəsiz hərəkət təmin olunub.

Bizimlə əlaqə saxlayın