Gəncədə yanğın - 58 yaşlı kişi öldü

13, 04, 24
10:30

Gəncədə yanğın - 58 yaşlı kişi öldü

Gəncədə yanğın hadisəsi baş verib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.
 
Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(APA)

Bizimlə əlaqə saxlayın