Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular

22, 04, 24
17:30

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bununla bağlı erməni “Telegram” kanallarında videogörüntülər yayılıb.

Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndində yerləşdirilmiş erməni sakinlərin etirazına baxmayaraq, erməni istehkamçılar Müqəddəs Məryəm kilsəsinə bitişik əraziləri minalardan təmizləməyə başlayıblar.

Bizimlə əlaqə saxlayın