Göygöl sakinlərinin rəğbətini qazanan RİH başçısının ad günüdür - foto
Göygöl sakinlərinin rəğbətini qazanan RİH başçısının ad günüdür - foto
Elvin Paşayev 1983-cü ildə anadan olmuşdur. Orta təhsilini Şirvan şəhər M. B. İsrailov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə almışdır. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsilinə yiyələnib.
2004–2005-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında qulluq edərək həqiqi hərbi xidmət keçmişdir.
2005–2007-ci illərdə Bakı Dövlət Universitetində magistr təhsili almış, 2007–2009-cu illərdə Dövlət İqtisad Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsilini davam etdirmişdir. 2021–2022-ci illərdə İsveçin Lund Universitetində "Dövlət sektorunda innovasiya", "Şəhər idarəetməsində innovasiya və təbiət əsaslı həllər" proqramı üzrə təhsil almışdır. Çin Xalq Respublikası, Polşa Respublikası Lex Kaçinski adına İdarəçilik Akademiyası, Estoniya Respublikası Şərq Tərəfdaşlıq Mərkəzi və s. kimi tədris müəssisələrində təkmilləşdirmə və ixtisasartırma kurslarından məzun olmuşdur. 2021-ci ildə ABŞ-nin Layihələrin İdarəedilməsi İnstitutunun PMP (Layihələrin idarəedilməsi üzrə peşəkar) beynəlxalq sertifikatını əldə etmişdir. 2012–2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına tarix inistutunun doktorantı olmuşdur.
2003-cü ildə Bakı 1 saylı şəhər Klinik Xəstəxanasında Kadrlar şöbəsində müfəttiş vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır. 2006–2012-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, sonra Nazirliyin Aparatında Kadrlar şöbəsində baş məsləhətçi və sektor müdiri kimi fəaliyyət göstərmişdir. 2012–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının İnsan resursları və təlim şöbəsinin müdir müavini, daha sonra şöbə müdiri vəzifəsində çalışmışdır. 2018–2022-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri və həmin nazirlikdə — Aparat rəhbərinin müavini, İnsan resurslarının İdarə edilməsi və Elm, təhsil və İnsan resursları şöbələrinin müdiri vəzifələrində çalışmışdır. Bununla yanaşı Elvin Paşayev 2014–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında saat hesabı müəllim kimi də fəaliyyət göstərmişdir.
Ailəlidir, 3 övladı var.
Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il 3388 saylı Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Vəzifəyə gəldiyi iki ildə bütünlükdə Göygöl sakinlərinin rəğbətini qazanan, daim şəhid və qazi ailələrinə diqqət və qayğısını əsirgəməyən Elvin Paşayevi doğum günü münasibətilə “Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin” Göygöl rayon filialı sədri Araz Abbasov tərəfindən “Fəxri Diplom”la təltif edilib. QƏQİB-in bütün qaziləri adından Elvin Paşayevi ürəkdən təbrik edir, işlərində və şəxsi həyatında ancaq uğurlar arzulayırıq.
“Azərbaycan Reallığı”.com