Taleh Qaraşov özünə yeni müavin təyin etdi - Onlar vəzifəsindən azad olundu - FOTO
Taleh Qaraşov özünə yeni müavin təyin etdi - Onlar vəzifəsindən azad olundu - FOTO
Lənkəran şəhər İcra Hakimiyyətinin Aparatında kadr dəyişiklikləri olub.
"Azərbaycan Reallığı"nın məlumatına görə, Lənkəran şəhər İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Emin Rzaqulu oğlu Quliyev vəzifəsindən azad edilib.
Emin Quliyev icra başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub.
Emin Quliyev
Bundan başqa Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəmil Habil oğlu Məmmədzadə vəzifəsindən azad edilib. O başqa bir qurumda fəaliyyətə başlayıb.
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini - dini qurumlarla işin təşkilatçısı Cavad Mircəfər oğlu Miriyev də vəzifəsindən azad olunub.
Bu barədə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müvafiq əmrlər imzalayıb.