2025-ci ilin sevgi, ümid, xoşbəxtlik dolu il olması diləyilə...

31, 12, 24
10:00

2025-ci ilin sevgi, ümid, xoşbəxtlik dolu il olması diləyilə...


Əziz həmvətənlər, dəyərli oxucular!

Bir təqvim ilini daha yola saldıq, uğur, sevinc, qələbə ilə dolu. Amma nə etmək olar ki, kədər də bizdən yan keçmədi. 2024-cü ilin sonuna 5 gün qalmış, xalqımız dərin hüzn yaşadı. Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olsa da, pilotlarımızın şücaəti sayəsində heyətdən 29 nəfəri sağ qaldı. 

Ölkə başçımız cənab İlham Əliyevin qərarıyla ölkədə 1 günlük matəm elan edilərək həlak olanların ruhuna dövlət səviyyəsində hörmət edildi. Ruhlar şad olsun!

Nə etmək olar ki, kədərlə sevinc yan-yana yürüyür. Bu həyatın, dünyanın düzənidir. 

Qarşıdan yeni təqvim ili gəlir. Yeni il yeni ümidlər, yeni arzular, yeni diləklər, hədəflər deməkdir. Xalq olaraq hədəflərə çatmaq yolunda birlik olmalıyıq. Belə olarsa, qarşımızda heç bir əngəl dayana bilməyəcək.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin təşəbbüsü ilə rayonda yaşayan şəhid ailələrinə bayram sovqatı paylanılıb. RİH başçısı başda olmaqla, QƏQİB-in sədri Araz Abbasov və bu işdə əməyi, əziyyəti keçən hər kəsə minnətdarlığımızı bildiririk. 

Uca Allah millətimizi qorusun. 

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin hər bir üzvünü 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni İl münasibətilə təbrik edirik. 

2025-ci ilin sevgi, ümid, xoşbəxtlik dolu il olması diləyilə...

 

Mənzər Qurbanova

 



Bizimlə əlaqə saxlayın