yuxarı
Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb
22, 01, 25
13:00
Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb
Lerik rayonunda "Palıdlıq" adlanan meşəlik ərazidən silah-sursat aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Azərbaycan Reallığı"na verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 3 ədəd "Kalaşnikov" markalı avtomat silahlar və həmin silahlara aid 25 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanan 10 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək