Şəkidə məktəbdə yanğın

27, 01, 25
15:00

Şəkidə məktəbdə yanğın


Şəkidə məktəbdə yanğın olub.

Bu barədə "Azərbaycan Reallığı"na Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərinin Küdürlü kəndində birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizimlə əlaqə saxlayın