Kamal Mürsəlovun direktoru olduğu kollecə 33 min AZN-ə mühafizə xidməti alınır
Kamal Mürsəlovun direktoru olduğu kollecə 33 min AZN-ə mühafizə xidməti alınır
Saatlı Tibb Kolleci mühafizə xidmətinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
"Azərbaycan Reallığı" xəbər verir ki, müsabiqənin qalibi “TİİM” MMC olub.
Tərəflər arasında 32.900 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən Saatlı Tibb Kolleci 8 ay ərzində Tədris binasının mühafizə olunmalıdır.
Qeyd edək ki, TİİM Məhdud Məsuliyyətli Cəmiyyəti 03.06.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil ev 14, nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur.
Xatırladaq ki, Saatlı Tibb kollecinin direktoru Həkim Mürsəlov Kamal Əlimuxtar oğludur.