Azərbaycanda qaya uçqunları baş verə bilər - bu ərazilər təhlükədə

26, 02, 25
18:00

Azərbaycanda qaya uçqunları baş verə bilər - bu ərazilər təhlükədə


Ölkə bəzi ərazilərində qaya uçqunu təhlükəsi artıb.

"Azərbaycan Reallığı" bildirir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılovun sözlərinə görə, sürüşmə tədricən gedən bir proses olsa da, qaya uçqunları qəfil baş verə bilər. Buna görə də hazırda vəziyyət daha təhlükəli hal alıb.

Paytaxtla yanaşı, bölgələrdə də qaya ucqunu təhlükəsi olan ərazilər kifayət qədərdir.

Mirnuh İsmayılov deyir ki, Qobustan-Şamaxı ərazisində də təhlükəli yerlər çoxdur.

Şöbə müdiri onu da əlavə edib ki, aidiyyəti icra orqanları təhlükənin qarşısını almaq üçün vaxtında müşahidələr aparmalı, tədbirlər görülməlidir. Bununla riski azaltmaq mümkündür.


Bizimlə əlaqə saxlayın