yuxarı
Bu rayonda əhaliyə ölmüş heyvan əti satmaq istədilər
12, 03, 25
11:30
Bu rayonda əhaliyə ölmüş heyvan əti satmaq istədilər
Şərurda yararsız ət aşkarlanıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Şərur rayonu Xətai kənd sakini fiziki şəxs Əhmədov Rövşən İsmayıl oğlu tərəfindən ölmüş, istehlaka yararsız 59 kq iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.
Orqanoleptik müayinələr zamanı heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ölmüş heyvan cəmdəyi məhv olunub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək