Şəmkirdə 2 nəfər ZƏHƏRLƏNDİ

15, 03, 25
12:30

Şəmkirdə 2 nəfər ZƏHƏRLƏNDİ


Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

"Azərbaycan Reallığı"nın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində baş verib.

Belə ki, İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.


Bizimlə əlaqə saxlayın