Naxçıvanın bu ərazilərində su KƏSİLƏCƏK

04, 04, 25
13:00

Naxçıvanın bu ərazilərində su KƏSİLƏCƏK


Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

"Azərbaycan Reallığı"nın məlumatına görə, Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani küçəsi, Babək, Əlincə məhəllələri, Qaraxanbəyli, Qaraçuq və Bulqan kəndləri, Səməd Vurğun, Həsən Rəhmanov və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar aprelin 4-ü saat 14:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq.

Qeyd edilib ki, işlərin bu gün ərzində yekunlaşdırılacı planlaşdırılır.


Bizimlə əlaqə saxlayın