Gədəbəydə stadionun niyə şumlandığına CAVAB VERİLDİ

11, 04, 25
16:30

Gədəbəydə stadionun niyə şumlandığına CAVAB VERİLDİ


Gədəbəy rayonunda mərkəzi stadion şumlanıb. Xəbərin fotoşəkillərlə birgə ictimailəşdirlməsi sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Bu hadisəyə görə rayon İcra Hakimiyyəti, AFFA, Gənclər və İdman Nazirliyi qınanılıb.

Gədəbəydən olan idman jurnalisti Anar Şabanoğlu isə “yəqin görüblər ki, futbolçu yetişdirə bilmirlər, fikirləşiblər ki, bəlkə kartof yetişə", - deyə fakta ironiya ilə yanaşıb.

Mövzu ilə bağlı "Azərbaycan Reallığı"na danışan gədəbəyli futbol meneceri Yunis Yunisli bildirib ki, stadionda kartof əkilməsindən söhbət gedə bilməz:

“Mən və digər futbol menecerləri Gədəbəydə futbolu inkişaf etdirmək üçün sözügedən stadionu təmir etdirmək qərarına gəlmişik. Stadion dəhşətli vəziyyətdə idi, baxımsız qalmışdı. Biz birinci növbədə stadionu şumlamalı idik ki, torpaq oyansın. Qazon toxumu səpən zaman yaxşı nəticə ala bilmək üçün buna ehtiyac var idi. İndi də suvarma sisteminin xətti ilə bağlı müəyyən işlər görülür. Sonrakı prosesdə stadionun oturacaqları və digər lazımi şərait üçün müvafiq addım atılacaq”.


Bizimlə əlaqə saxlayın