Hacıqabulda qadın yağış suyunda BOĞULDU

15, 04, 25
13:00

Hacıqabulda qadın yağış suyunda BOĞULDU


Hacıqabulda qadın faciəvi şəkildə ölüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə şəhərin Ə.Vahid küçəsindəki fərdi evdə baş verib.

70 yaşlı Zenfira Əlişirin qızı Məmmədova yaşadığı evin zirzəmisinə yığılmış suya düşərək boğulub. Evin zirzəmisinə yağış və qrunt sularının dolduğu bildirilir. Mərhum ruhi xəstə olub.


Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın