"Türkiyə Dağlıq Qarabağda əməliyyat keçirə bilər" - Generaldan açıqlama - VİDEO

25, 06, 18
20:05

"Türkiyə Dağlıq Qarabağda əməliyyat keçirə bilər" - Generaldan açıqlama - VİDEO

"Türkiyə Dağlıq Qarabağda əməliyyat keçirə bilər" - Generaldan açıqlama - VİDEO



25.06.2018 13:15 SiyasətA- A A+“Azərbaycan Türkiyə ilə birgə Dağlıq Qarabağda əməliyyat keçirməyə razıdır”.
Bu sözləri Türkiyənin təqaüddə olan general-polkovniki İhsan Başbozkurt açıqlamasında deyib.
O, Türkiyənin müdafiə sənayesindən danışan zaman  yeni istehsal olunan ATAK helikoperinin Pakistanla yanaşı qardaş ölkə Azərbaycana da satılacağını qeyd edib. Azərbaycanın adını çəkərkən general-polkovnik daha bir məlumatı diqqətə çatdırıb:
“Qardaş Azərbaycanla bağlı bu gün çox gözəl bir xəbər oxudum. Bilirsiniz ki, terror təşkilatı PKK hazırda Ermənistanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilirlər. Qardaş ölkə bu bölgədə terror təşkilatlarını yox etmək üçün birgə əməliyyat keçirə bilərik deyir. İnşallah o günlər yaxındır, o günləri də görəcəyik”.
Türk mediasında yayımlanan açıqlamanı təqdim edirik: (A24.az)

Bizimlə əlaqə saxlayın