yuxarı
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi - Foto
21, 04, 25
15:30
İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi - Foto
Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
"Azərbaycan Reallığı" xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.
Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. Töhrablı bu təyinatadək Şəki şəhər Uşaq İncəsənət məktəbində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, ixtisasca musiqi müəllimidir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək