yuxarı
Azərbaycanda iki bələdiyyənin möhürü yoxa çıxdı
30, 04, 25
13:00
Azərbaycanda iki bələdiyyənin möhürü yoxa çıxdı
Azərbaycanda iki rayonun bələdiyyəsinin mühüm sənədləri itib.
"Azərbaycan Reallığı" xəbər verir ki, bunlar Lənkəran rayonu, Sütəmurdov kənd və Beyləqan rayonu, Kəbirli kənd bələdiyyələridir.
Belə ki, Sütəmurdov bələdiyyəsinin möhürü, Kəbirli bələdiyyəsinin isə künc ştampı və möhürü itib.
Möhürlərin hansı şəraitdə itdiyi açıqlanmayıb. Hər iki möhür və ştampı itdiyi üçün etibarsız sayılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək