Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır"

04, 08, 18
12:03

Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır"

Azerbaycanrealligi.com xəbər verir ki, Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri yenidən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Bu barədə sakinlər məlumat veriblər

Onlar bildirirlər ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov zorla kəndlərinə yaxın və üç kəndin istifadə etdiyi bulağın suyunu qonşu Şingədulan kəndinə, eləcə də icra başçısın müavini Habil Məlikovun kəndinə - Kürdəsərə aparırlar.


Maraciətdə deyilir ki, Rövşən Bağırov və Qorxmaz Hüseynov bu kəndərdən qisas alır. Bunun da səbəbi bu iki məmurla bağlı edilən şikayətlərdir:


"Cənab Prezident, Sizə dəfələrlə müraciət etmişik. Sizdən əlavə də bütün dövlət qurumlarına müraciət ünvanlamışıq. Amma icra başçısı Rövşən Bağırov və "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bizi susuz qoymaqda israrlıdırlar. Şingədulan kəndində üç su mənbəyi var. Bundan əlavə, kəndin yanından "Alaşar" çayı axır. Daha böyük su ehtiyatına malik Əvilə çayı da Şingədulandan uzaqda deyil. Amma icra başçısı və Qorxmaz Hüseynov israrla 15 km-lik məsafə olmasına baxmayaraq, bizi suyu aparır və bizi susuz qoyurlar.


Artıq bir maşın su borusu gətirib Mulalan kəndində töküblər. Bu da onu göstərir ki, icra başçısı bizim suyu zorla aparmaq niyyətindədir. Siz bu zülmə son verin. Bizim Sizə və Prezident Adminstrasiyasına etdiyimiz mürciətlərə cavab verilmir. Bir neçə gün öncə Prezident Adminstrasiyasında rayonumuz üzrə kurator olan şəxs də rayona gəlib, amma bu qədər narazlıq və şikayətimizə baxmayaraq, bizimlə görüşməyib. Bizim məktublarımızı əngəlləyən kimdir? Rövşən Bağırovu belə himayə edən kimdir ki, bizim Sizə yazdığımız məktubları əngələyirlər


ki, Rövşən Bağırovla Qorxmaz Hüseynovun bizimlə davası nədir? Nədir bu qərəzin və hikkənin izahı? Niyə daha böyük su hövzəsi və ehtiyatı olan Əvilə çayından su çəkmirlər? Niyə 4 km məsafədə olan "Şərətük" çayından su çəkmirlər?


Cənab Prezident, Siz axı dəfələrlə demisiniz ki, məmurlar vətəndaşları incitməməlidirlər. Bəs bizim səsimizə niyə səs verən yoxdur? 1200-dən çox sakini olan bu kəndlər hara köçsün? Bizə deyirlər ki, yzmayın. Yaxşı, yazmırıq, dayanırıq. Onda siz də bizdən əl çəkin, suyumuza toxunmayın. Axı bu suyun getməsi 20 hektardan çox meşənin məhv olmasına gətirib çıxaracaq. Yaxşı, Ekologiya Nazirliyi niyə səsini çıxarmır? Nazirliyin rayon şöbəsinin müdiri deyir ki, Qorxmaz Hüseynovla Muxtar Babayev yaxın dostdur, artıq məsələ həll olunub. Yaxşı, bəs biz kimdən kömək istəyək? Lerikin deputatı İqbal Məmmədov deyir ki, mən Qorxmaz Hüseynovla bir yerdə işləmişəm, dostuq. Bir "dost şəbəkəsi" birləşib Sizin Lerikin su təminatı üçün ayırdığınız 1 milyon manatı bizim suyu aparmaqla silmək istəyir?


Cənab Prezident, biz sizdən kömək istəyirik. Bu məmurlar rayonu çapıb-talamaqla məşğuldurlar. Bizim də suyumuzu aparıb bizi buralardan didərgin salmaq istəyirlər. Ölkədə müraciət etmədiyimiz qurum qalmayıb. Xahiş edirik ki, bizi bu iki məmurun zülmündən qurtarın.


Hörmətlə: Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri/Şəxsiyyət vəsiqələrimizin nömrələrini də qeyd etməklə:


Azadov Ağababa Polad AZE 03899034 

Ağayev İslam Ocaqəli AZE 02195679 

Ağayev Şirvan Ocaqəli AZE 03899030

Əliyev Hüseynbaba Abdin AZE 08450075

Rüstəmov Kamal Babiş AZE 02195845

Rüstəmov Cəbrayıl Babiş AZE 14678886

Həsənov Mirzəbaba Təriş AZE 02195619

Məmmədov Salman Allahverdi AZE 02195599

Fətullayev Alışan PİŞAN AZE 15621540

Əliyev Mahir Paşa AZE 09460732

Ağayev Mirzəli Atamalı AZE 09461773

Hüseynov Cəfər ƏLİ AZE 15899715

Hüseynov Əvsər Əli AZE 04517907

Kərimov Babaxan Hidi AZE 06434789

Kərimov Alim Alihəsən AZE 02355068

Əliyev Surət ABDİN AZE02195689

Əliyev Gülbaba Abdin AZE 02354345

Yoldaşov Allahyar Polad AZE 08449250

Yoldaşov Əligüşad Nurməmməd AZE 06911236

Yoldaşov Buludxan Polad AZE 03896958

Məmmədov Vasif Güləli AZE 03895624

Azadov İbrət Şəvəqət AZE 04994575

Əliyev Ağaxan Fətəli AZE 02195615

Ağayev Qədiməli MahmudəliAZE 08448052

Ağayeva Zərifə Mürsəl AZE 02195614

Əliyev Rafiq Ağaxan AZE

Əliyev Mirzəli Şami AZE 08072591

Şahmarov Emin Qaraxan AZE03898922

Azadov Bəfadar Söhbət AZE 09324289

Zamanov Zəfər Böyükxan AZE08073753

Nağıyev Həmdulla Nəhmət AZE 05832257

Zamanov Elman Böyükxan AZE 13427300

İmanov Hafiz Rəzzaq AZE 04903643

Azadov Meybulla Həbulla AZE 08073125

Azadov Fərzulla Xeyrulla AZE 07526889

Məmmədov Naib Əyyub AZE 02195617

Rüstəmov Cabir Mürsəl AZE 05768829

Ağayev Arazxan Burhan AZE 16674863

Zamanov Zamanxan BöyükxanAZE09324410

Azadov Mehman Ağababa AZE 13427853

Azadov Bəhruz İbrət AZE 07524378

İmanov İsrafil Təhməz AZE 14678677

Teymurov Arzuman Xudaş AZE 03898909

Talıbov Bəybala İsmi AZE 045196633

Bayramov Babalı Mirzəhüseyn AZE 15621348

Əliyev Baladdin Paşa AZE 03898963

Əliyev Elman Sənham AZE 08448165

Əliyev Malik Sənham AZE15618933

Əkbərov Şali Ağayar AZE 03898960″.


Şikayətiniz varsa Whatsapp: 055 8288841


Azerbaycanrealligi.com







Bizimlə əlaqə saxlayın