Yevlaxda azyaşlıya məcburi narkotik verildiyi iddia edilir - Anası danışdı

20, 05, 25
11:00

Yevlaxda azyaşlıya məcburi narkotik verildiyi iddia edilir - Anası danışdı


Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.

O deyib: "Evə pis vəziyyətdə gəldi. Dedi ki, ana, ürəyim bulanır, başım gicəllənir. Yıxıldı, ürəyi getdi". 

Gülmirə Əliyevanın sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb. Bu zaman uşaq huşunu itirib.

Bildirilib ki, ətrafdakılar uşağa yardım göstərdikdən sonra o, evə qayıdaraq baş verənləri valideynlərinə danışıb.

Daha sonra uşaq həkimə aparılıb. Ailə həkiminin məsləhəti ilə zəhərlənməyə qarşı sistem köçürülüb. 

Ananın sözlərinə görə, hazırda övladının ürəkbulanması və başgicəllənməsi var. İndiyə qədər uşaqda belə bir əlamətlərin olmadığı qeyd edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən qeyd edilib ki, hadisə barədə Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın