Araz çayında suyun səviyyəsi 16 sm ARTIB

03, 06, 25
12:30

Araz çayında suyun səviyyəsi 16 sm ARTIB


Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Bu barədə "Azərbaycan Reallığı"na Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 3-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım, Kür çayının aşağı axınında Kür-Yevlaxda 6 sm, Araz çayının yuxarı axınında isə 16 sm qeydə alınıb.


Bizimlə əlaqə saxlayın