yuxarı
Hərbçimiz Biləsuvarda dəfn olundu
09, 06, 25
16:30
Hərbçimiz Biləsuvarda dəfn olundu
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dəfn olunub.
"Azərbaycan Reallığı"nın məlumatına görə, 19 yaşlı hərbçi doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Rasim Həsənli bu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək