yuxarı
Orta məktəbin döşəməsi çökdü - Şagirdlər təxliyə edildi
11, 06, 25
16:00
Orta məktəbin döşəməsi çökdü - Şagirdlər təxliyə edildi
Xaçmazda orta məktəbin döşəməsi çöküb.
"Azərbaycan Reallığı"nın məlumatına görə, hadisə rayonun Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birində baş verib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.
Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.
"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək