yuxarı
Xarici diplomatlar Cıdır düzündə olublar
21, 06, 25
16:30
Xarici diplomatlar Cıdır düzündə olublar
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət qrup Şuşada Cıdır düzündə olub.
"Azərbaycan Reallığı" xəbər verir ki, onlar Şuşa şəhərinin təbiət mənzərələrinin gözəlliyini öz gözləri ilə görüblər.
Nümayəndə heyətinin üzvləri, həmçinin Ermənistanın şəhərin işğalı dövründə törətdiyi cinayətlərin və vandalizm aktlarının nəticələri ilə tanış olublar. Onlara həmçinin Azərbaycanın mədəni və tarixi abidələrinin məhv edilməsi ilə bağlı faktlar nümayiş etdirilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək