yuxarı
Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var
27, 06, 25
12:00
Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var
Qusar rayonunun Çiləgir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
"Azərbaycan Reallığı" xəbər verir ki, Qusar - Şahdağ yolunda turistlərin olduğu avtomobil idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəza nəticəsində maşında olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üç nəfəri Azərbaycan, beş nəfəri isə Pakistan vətəndaşlarıdır.
Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək